Bakı. Trend:
Qərbi Kasp Universiteti dövlət sifarişi ilə (ödənişsiz) təhsilalan tələbələrdən əlavə ödəniş istənilməsi məsələsinə münasibətbildirib.
Universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ciilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiqvəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsiisə qalıb:
"Məlum olduğu kimi, qanunvericiliyə əsasən, dövlət sifarişi iləali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaitihesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinəödənilir. Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindənödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunurvə təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarınaköçürülür.
Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasındatəhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədrisili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxilixərclərə laboratoriyaların yaradılması, texniki vasitələrinalınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bumərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.
2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi KaspiUniversitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsixərclənib, müəyyən hissəsi isə qalıb. Lakin 2026-cı ilin yanvarayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdətutularkən məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmışməbləğ dövlət büdcəsinə geri qaytarılıb. Dövlət sifarişi əsasındatəhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görəuniversitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırılabilməz.
Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitinuniversitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciətməktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdanrəsmi məlumat göndərilməyib.
Hazırda universitetin 13 təhsil proqramının beynəlxalqakkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumatdaxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yenitədris məkanları, laboratoriya və texniki avadanlıqların alınmasıüzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən ildövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitinuniversitetin sərəncamında olmaması səbəbindən İT və digəravadanlıqların alınması mümkün olmayıb.
Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumatverildikdən sonra baş verən situasiyada günahkar universitetçıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlaramüraciəti hələ ki cavabsız qalır.
Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyixidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilinfəaliyyətində istifadə etmək imkanına da sahib olacaq".
Həmçinin bildirilib ki, universitet hazırda Elm və TəhsilNazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədədir və geri dönüşgözləyir. İctimaiyyətə gedişat barədə məlumat veriləcək.