“Krec” qrupunun qurucusu, “Fuze” səhnə adı ilə tanınan rusiyalı reper Artyom Brovkov yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Valentina Brovkova məlumat verib.
O bildirib ki, Brovkov bir neçə saat əvvəl ağır yol qəzasına düşüb:
“Artyom artıq yoxdur. Bir neçə saat əvvəl o, dəhşətli qəzaya düşdü. Həkimlər əllərindən gələni etdilər, lakin onu xilas etmək mümkün olmadı”, – deyə paylaşımda qeyd olunub.
Məlumata görə, musiqiçinin 46 yaşı olub.
Artyom Brovkov “Krec” hip-hop layihəsinin yaradıcısı və daimi üzvü olub, həmçinin qrupun mahnılarının böyük hissəsinin söz müəllifi kimi tanınıb.
O, 2022-ci ildə Rusiyanı tərk edərək fəaliyyətini xaricdə davam etdirib. 2025-ci ilin mart ayında isə onun adı “xarici agentlər” reyestrinə daxil edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta