AZ

UEFA rəhbərindən İtaliyaya AÇ xəbərdarlığı: “Əks halda, turnir orada keçirilməyəcək”

UEFA prezidenti Aleksander Ceferin Türkiyə ilə birlikdə AVRO 2032-yə ev sahibliyi edəcək İtaliyaya sərt xəbərdarlıq edib.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri sözügedən ölkənin rəhbərliyini tənqid edib:

“İtaliya siyasi liderləri bəlkə də özlərinə sual verməlidirlər ki, niyə ölkənin futbol infrastrukturu Avropanın ən zəifləri sırasındadır. AVRO 2032 planlaşdırılıb və keçiriləcək, bu dəqiqdir. Ümid edirəm ki, İtaliyanın infrastrukturu da hazır olar. Əks halda, turnir orada keçirilməyəcək.”

 UEFA bildirib ki, əgər İtaliya öhdəliklərini (stadionların yenilənməsi, nəqliyyat, yerləşdirmə və s.) yerinə yetirməzsə, ortaq ev sahibliyi ləğv edilə və Türkiyə AVRO 2032-nin yeganə ev sahibi elan oluna bilər.

Seçilən
25
idmanxeber.az

1Mənbələr