AZ

Çində sürücüsüz taksilər yolda qaldı

Çinin Vuhan şəhərində “Baydu” şirkətinə məxsus “Apollo Go” sürücüsüz taksiləri sistem nasazlığı səbəbilə yolda qalıb.

Sitat.info xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Şəhər polisindən bildirilib ki, dünən gecə “Apollo Go” nəqliyyat vasitələrinin yolun ortasında qalmaları ilə bağlı çoxsaylı zəng olub. Bildirilib ki, avtomobillər yolda hərəkətdə olarkən qəfildən dayanıb.

Hadisənin kiberhücum səbəbindən baş verə biləcəyi də ehtimal olunur.

 

Qeyd edək ki, “Baydu” şirkəti 2021-ci ildə sürücüsüz taksi xidmətini istifadəyə verib.

//Axar.az

Seçilən
18
sitat.info

1Mənbələr