AZ

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Alba Havayda istirahətə yollanıb və okean fonunda bikinidə poz verdiyi bir sıra parlaq fotolarını paylaşıb.

Bizim.Media xəbər verir ki, 44 yaşlı aktrisa yaz tətilini uşaqları və yaxınları ilə birlikdə keçirir.

Fotolarda o, çimərlikdə günəşlənir, qayıqda gəzir, məşqlərdən sonra meditasiya edir, hətta qolf da oynayır.

İstirahət üçün Alba minimalist çimərlik geyimi seçib və obrazını saman papaqla tamamlayıb. Şəkillərdə o, həm fit bədən quruluşunu, həm də rahat əhvalını nümayiş etdirir.

Kadrlarda aktrisanın böyük qızı Honor da görünür, Alba onunla birlikdə selfi çəkdirib. Kiçik qızı Haven isə fotolardan birində arxa planda yer alıb.

Pərəstişkarları paylaşımı dərhal şərhlərlə qarşılayaraq Albaya təriflər yağdırıblar: “Sən saf sevinc kimi görünürsən”, “İnanılmaz dərəcədə gözəlsən”, “Həmişəki kimi çox səmimisən”.

Səfər aktrisanın 16 il evli olduğu Keş Uorrenlə boşanmasını rəsmən başa çatdırmasından qısa müddət sonra baş tutub.

Məhkəmə sənədlərinə əsasən, keçmiş həyat yoldaşları əmlak bölgüsü ilə bağlı razılığa gəliblər.

Uorren nikah dövründə yaradılan layihələrdən əldə olunan gəlirin bir hissəsini, eləcə də Albanın təsis etdiyi The Honest Company şirkətinin səhmlərindən pay alacaq.

Aktrisaya isə nikahdan əvvəl çəkildiyi layihələrdən gələn gəlirlər, habelə avtomobillər və bank hesabları da daxil olmaqla bir sıra aktivlər qalacaq.

Cütlük üç övladı üzərində birgə qəyyumluq barədə də razılığa gəlib.

Münasibətlər başa çatsa da, mənbələr bildirirlər ki, Alba diqqətini ailəsinə, uşaqlarına və həyatının yeni mərhələsinə yönəldib.

Fotolara baxanda isə onun özünü inamlı və azad hiss etdiyi görünür.








Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr