AZ

Çeferindən İtaliyaya sərt Avro 2032 xəbərdarlığı

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA prezidenti Aleksander Çeferin İtaliya futbolunda hökm sürən stadion böhranı ilə bağlı sərt açıqlamalar verib.

İdman.Biz “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, o, ölkənin Avro-2032-yə ev sahibliyi hüququnu itirə biləcəyinə dair xəbərdarlıq ünvanlayıb.

Çeferin İtaliyadakı idman infrastrukturunu Avropanın ən pislərindən biri adlandırıb. UEFA rəhbəri bildirib ki, əgər yerli hakimiyyət stadionların modernləşdirilməsi problemini həll etməsə, turnirin keçirilmə yeri dəyişdirilə bilər:

“2032-ci ildə Avropa çempionatı İtaliyada keçirilməlidir, lakin oradakı stadionların vəziyyətini “mürəkkəb” sözündən başqa heç nə ilə təsvir etmək mümkün deyil. İtaliyanın siyasi liderləri özlərinə sual verməlidirlər ki, niyə ölkə Avropada ən bərbad futbol infrastrukturuna malikdir? Avro-2032 planlaşdırılıb və baş tutmalıdır. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr