AZ

İrlandiya Baş Naziri Trampın “İranı daş dövrünə qaytarmaq” hədəsini qəbuledilməz sayır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İrlandiyanın Baş Naziri Maykl Martin ABŞ Prezidenti Donald Trampın İranı “daş dövrünə qaytarmaq” hədəsini qəbuledilməz hesab edib. O, sivil əhalinin münaqişə zamanı zərər görməməsinin vacibliyini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Martin bu barədə İrlandiyanın "Newstalk" radiosuna müsahibəsində deyib.

“Bu qəbuledilməzdir. Müharibədə iştirak edən hər kəs sivil əhalinin qorunmasını hər şeydən üstün tutmalıdır”, - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, döyüş əməliyyatları müharibəyə heç bir aidiyyəti olmayan dinc əhaliyə ciddi zərər vurur və belə hədələr yanlış yanaşmadır.

Əvvəllər Donald Tramp xalqına müraciətində İranın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin zərərsizləşdirildiyini, raket potensialının isə tezliklə minimuma endiriləcəyini bildirmişdi. Tramp əməliyyatın əsas məqsədlərinin “tezliklə əldə ediləcəyini” və İranı “daş dövrünə qaytarmaq”la hədələdiyini açıqlamışdı.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində Tehranın da daxil olduğu böyük şəhərlər zərər görüb. İranın İnqilab Keşikçiləri Korpusunun (elit hərbi birləşmələr) cavab əməliyyatı çərçivəsində İsrailə hücum etdiyi bildirilib. Eyni zamanda ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbə altında qalıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
bizimyol.info

1Mənbələr