AZ

“Expressbank” 4 nominasiya üzrə mükafatlandırılıb

“Expressbank” ASC 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan “Bankçılıq mükafatları – 2025” layihəsi çərçivəsində mühüm uğurlar əldə edib. Bank fəaliyyətinin əsas istiqamətlərini təşkil edən sosial məsuliyyət, təhsilə dəstək, maliyyə savadlılığının təşviqi və ESG (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə yüksək qiymətləndirilərək qalib elan olunub.

Belə ki, “Expressbank” “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq” (ESG) nominasiyaları üzrə ümumilikdə 4 kateqoriyada fərqlənib.

Qazanılan bu nailiyyətlər bankın yalnız maliyyə göstəriciləri ilə deyil, eyni zamanda cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfələrlə də seçildiyini nümayiş etdirir. Bununla yanaşı, “Expressbank” ictimai məsuliyyətin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə sadiqliyini bir daha təsdiq edib.

“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, “132 Məlumat Mərkəzi”ndən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Seçilən
5
5
azertag.az

6Mənbələr