AZ

Koordinasiya Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

Cari ilin 2 aprel tarixində Cinayət yolu ilə əldə edilmişəmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə,kütləvi qırğın silahlarının yayılmasına və yayılmasınınmaliyyələşdirilməsinə qarşı mübarizə sahəsində KoordinasiyaŞurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilmişdir.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.

İclası giriş sözü ilə açan Baş Nazirin müavini, KoordinasiyaŞurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə sisteminin effektivliyinin daha da artırılması üçünAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldəedilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrəMilli Fəaliyyət Planı”nın, habelə digər tədbirlər planlarının icravəziyyətinin müsbət qiymətləndirildiyini bildirmiş və onu da əlavəetmişdir ki, müvafiq tədbirlərin davamlılığının təmin edilməsi üçüntezliklə yeni fəaliyyət planının qəbul edilməsi mühüm əhəmiyyətdaşıyır.

İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarınadair mərkəzləşdirilmiş reyestrin fəaliyyəti ilə bağlı mövcudvəziyyət müzakirə edilmiş və bu reyestrin fəaliyyətinin təminedilməsi ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilmişdir.

Bundan əlavə, iclasda “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı”layihəsi müzakirə edilmişdir. Milli Fəaliyyət Planı layihəsindənəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanlarıtərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədritərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiqtapşırıqlar verilmişdir.

İclasda həmçinin cari ilin iyul ayında ölkəmizin ev sahibliyiedəcəyi “Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ciplenar iclasının keçirilməsi ilə bağlı” İş planı üzrə görülmüşişlərə dair hesabat dinlənilmiş, habelə Şuranın fəaliyyəti iləbağlı digər məsələlər üzrə müzakirələr aparılmışdır.

Məqalədə:
Seçilən
40
3
az.trend.az

10Mənbələr