AZ

BP-dən Azərbaycanla bağlı YENİ TƏKLİF

Britaniyanın "British Petroleum" (BP) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin baş geoloqu Bağır İbrahimov deyib.

O bildirib ki, martın sonunda BP-nin regional rəhbərliyi "Azərbaycan-Qazaxıstan-Türkmənistan" enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.

"BP Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Nəticədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəql edilməsi və sonradan Cənub Qaz Dəhlizinə (CQD) qoşulması mümkün olacaq", - B.İbrahimov vurğulayıb.

Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün mühüm vasitələrdən birinə çevrilə bilər, üstəlik Qazaxıstan hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.

Seçilən
43
publika.az

1Mənbələr