Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İrandabeynəlxalq nüfuzlu vəkil Nəsrin Sütudə həbs olunub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə vəkilin qızı Məhrəvi Xəndan öz“Instagram” səhifəsində yazıb.
“Anamı ötən gecə (aprelin 1-də) evdə tək olarkən həbs ediblər”,- o yazıb.
Digər təfərrüatlar açıqlanmır.
İnsan haqqları müdafiəçiləri İran dövlətini İsrailə və ABŞ iləmüharibə fonunda vətəndaş cəmiyyətinə qarşı təqiblərisərtləşdirməkdə ittiham edir.
Sütudə Avropa Parlamentinin 2012-ci ildə Saxarov Mükafatı və2020-ci il “Right Livelihood” mükafatı da daxil olmaqla bir sırabeynəlxalq mükafatların laureatı olub, fəaliyyəti ilə əlaqədarkeçmişdə dəfələrlə həbs olunub. Onun həyat yoldaşı Reza Xəndan isə2024-cü ilin dekabrından bəri həbsdə saxlanılır.