AZ

Qazaxıstan və Ukrayna arasında ticarət dövriyyəsi 5,4 faiz artıb

2025-ci ildə Qazaxıstan və Ukrayna arasında ikitərəfli ticarət dövriyyəsi 5,4 faiz artaraq 415,8 milyon dollara çatıb. 

Bakıvaxtı.az "Ukrainska Pravda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, müvafiq məlumatlar Qazaxıstan Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Cumanqarin ilə Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko arasında keçirilən görüşdə açıqlanıb.

Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 394,3 milyon dollar təşkil edib. 

Qazaxıstandan Ukraynaya ixrac edilən əsas mallar ferroərintilər, gübrələr, düyü və digər məhsullardır.

Gülşən Şərif

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr