Egey dənizində baş verən zəlzələ zamanı Türkiyə və Yunanıstan səmasında müşahidə olunan qeyri-adi işıq şüaları diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, zəlzələ ilə eyni vaxtda qeydə alınan bu görüntülər qısa müddətdə sosial mediada geniş yayılıb və müzakirə mövzusuna çevrilib.
Şahidlərin sözlərinə görə, zəlzələ anında səmada bir anlıq parlaq, yuxarı doğru yüksələn işıq şüaları görünüb. Müxtəlif ərazilərdən lentə alınan görüntülər işıqların qısa müddətli, lakin olduqca parlaq və intensiv olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, bu cür hadisə elmdə “zəlzələ işıqları” kimi tanınan nadir təbii fenomen ola bilər. Alimlərin ehtimalına görə, zəlzələ zamanı Yer qabığında toplanan elektrik yükləri sərbəst buraxılır, nəticədə hava ionlaşır və səmada işıq parıltıları yaranır.
Qeyd olunur ki, zəlzələ işıqları hər zəlzələ zamanı müşahidə edilmir və onların yaranma mexanizmi hələ də tam öyrənilməyib. Bununla belə, bəzi alimlər bu fenomeni yeraltı enerji və elektrik yüklərinin səthə çıxmasının vizual təsiri kimi izah edirlər.
Mütəxəssislər vətəndaşları bu cür görüntülərin fövqəltəbii hadisə kimi deyil, nadir təbii proses kimi qiymətləndirilməsinin daha doğru olduğunu bildirirlər.
Sara

