AZ

“Məzunun izində” layihəsinin növbəti qonağı İƏT in Təmiz Enerji Mərkəzinin icraçı direktoru olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə reallaşdırılan “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin qonağı İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru, BDU-nun məzunu Aysel Yaqubova olub.

Tədbirin açılışında BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, universitetin formalaşdırdığı insan kapitalı ölkədə və beynəlxalq müstəvidə müxtəlif sahələrdə uğurla təmsil olunur. Prorektor bu kimi görüşlərin universitet-məzun əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

BDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov “Məzunun izində” layihəsinin yaranma tarixi və məqsədləri barədə məlumat verib. O, universitetin dayanıqlı inkişaf məqsədləri çərçivəsində əldə etdiyi nailiyyət və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən bəhs edib.

BDU-nun bakalavr və magistr məzunu Aysel Yaqubova çıxışında universitetdə keçdiyi təhsil yolundan, universitetin onun peşəkar kadr kimi formalaşmasında oynadığı roldan və uzun illər diplomatik xidmətdə qazandığı təcrübədən danışıb. O, son dövrlərdə bərpaolunan enerji mənbələrindən istifadənin aktuallaşdığını qeyd edib, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərinin vacibliyini diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
26
azertag.az

10Mənbələr