AZ

QHT sədri: “DOST TV vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir”

2 aprel Azərbaycanda sosial yönümlü media platformalarından biri olan DOST TV-nin fəaliyyətə başladığı gün kimi qeyd olunur. Qısa müddətdə özünəməxsus yayım prinsipləri ilə seçilən bu televiziya sosial xidmətlərin əlçatanlığının artırılmasına töhfə verən mühüm platformaya çevrilib.

QHT.az xəbər verir ki, DOST TV qısa müddətdə adını doğruldaraq vətəndaşlara yaxınlığı, diqqət və qayğı prinsipləri ilə seçilən bir media platforması kimi formalaşıb. Kanalın əsas fəaliyyət istiqaməti vətəndaş rifahının yüksəldilməsi, sosial müdafiə və təminat sahəsində maarifləndirmənin gücləndirilməsidir.

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva da DOST TV-ni təbrik edib. O bildirib ki, “DOST TV qısa müddətdə vətəndaşların etimadını qazanan, sosial xidmətlərin daha əlçatan və şəffaf şəkildə təqdim olunmasına dəstək verən mühüm platformaya çevrilib. Kanalın fəaliyyəti vətəndaş məmnuniyyətinin artırılmasına, sosial müdafiə sahəsində maarifləndirmənin gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İnanıram ki, DOST TV bundan sonra da uğurlarını davam etdirəcək və hər bir vətəndaşın etibarlı dostu olaraq fəaliyyətini daha da genişləndirəcək.”

Zəhra Ağayeva

Seçilən
29
qht.az

1Mənbələr