AZ

Dünya çempionatının final biletləri rekord qiymətə qalxdı

FIFA futbol üzrə dünya çempionatının final oyununa biletlərin maksimal qiymətini 10 990 ABŞ dollarına qaldırıb.

"Unikal" xəbər verir ki, mundialın ötən ilin dekabr ayında keçirilən püşkatma mərasimindən sonra həlledici qarşılaşma üçün ən bahalı biletin qiyməti 8 min 680 dollar təşkil edirdi. İyulun 19-da “MetLife” stadionunda keçiriləcək matç üçün 2-ci kateqoriyalı biletlərin qiyməti indi 7 380 dollar (bundan əvvəl 5 575 dollar), 3-cü kateqoriyalı biletlərin qiyməti isə 5 785 dollardır (bundan əvvəl 4 185 dollar).

Ötən gün dünya çempionatının 72 oyunundan 17-sinə biletlər satışa çıxarılıb. FIFA-nın biletlərin qiymətini qaldırması azarkeşlər və qanunvericilər tərəfindən sərt tənqid olunub.

Bildirilib ki, ali futbol qurumunun bu addımı mundialı bir çox azarkeş üçün əlçatmaz edəcək və turnirə marağı azaldacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.

Seçilən
20
3
unikal.az

4Mənbələr