Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında ilk yarımfinalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, cavab qarşılaşmalarından sonra iki komanda növbəti raunda vəsiqəni təmin edib.
Tovuz Olimpiya İdman Kompleksində "Murov Az Terminal"ı qəbul edən "Turan", doğma azarkeşləri önündə rəqibini 3:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Eyni uğuru "Azərreyl" üzərində 3:0 hesablı qələbə qazanan "DH Volley" də təkrarlayıb.
Qeyd edək ki, hər iki komanda seriyanın ilk oyunlarında da rəqiblərinə set vermədən (3:0) üstün olmuşdular. 1/4 final mərhələsinin digər görüşləri aprelin 3-də keçiriləcək.