AZ

Azərbaycanda ən populyar axtarış sistemləri məlum olub

Bakı. Trend:

Bu ilin mart ayında "Google" Azərbaycanda ən populyar axtarışsistemi kimi öz mövqeyini qoruyub saxlayıb. Belə ki, onun bazardakıpayı 89,85 faiz təşkil edib.

Trend-in "GlobalStats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, "Google"unbazar payı fevral ayı ilə müqayisədə 0,15 faiz azalıb.

"Yandex" axtarış sisteminin bazar payı isə hesabat dövründə 0,04faiz bəndi azalıb və 1,3 faiz təşkil edib.

Mart ayında "Bing" axtarış sisteminin bazar payı 0,15 faiz bəndiartaraq 5,13 faizə çatıb, digər yandan "Yahoo" 0,09 faiz bəndiartım nümayiş etdirib və bazar payı 1,48 faiz təşkil edib.

Məqalədə:
Seçilən
24
9
az.trend.az

10Mənbələr