AZ

Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücülərə qarşı inzibati məsuliyyət tədbirləri həyata keçirilir. Bu barədə sakinlərdən biri videogörüntü çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, Xırdalan bazarının çıxışında yerləşən binanın sakinləri avtomobillərini səkidə park edirlər. Bu səbəbdən həmin yolda piyadaların hərəkəti məhdudlaşır.

Məlumata görə, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları son günlər bu cür qayda pozuntularına qarşı nəzarəti gücləndirib və sürücülər barəsində müvafiq inzibati tədbirlər həyata keçirir.

Sürücülərə tövsiyə edirik ki, avtomobillərini dayanma-durma qadağan olunmayan yerdə park etsinlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr