AZ

Cəlilabadda ev yanıb, ölən varVİDEO

Cəlilabadda 85 yaşlı kişi yanaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində baş verib.

Bəhram Narıyev qohumuna məxsus evin həyətyanı sahəsindəki yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.

Yaxınları və qonşular köməyə gəlsələr də, gec olub. Məlumata görə, ölən kişi baxıma ehtiyacı olan xəstə imiş.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar Cəlilabad Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı Bəhram Narıyevin meyiti aşkar edilib. Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
xezerxeber.az

1Mənbələr