AZ

Tramp təəccüb içində: Bu ölkə İrana görə ABŞ a qadağa qoydu

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avstriya hökuməti ABŞ-ın İrana qarşı hərbi kampaniyada iştirak edən təyyarələrinin ölkənin hava məkanından istifadəsinə icazə verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kurier” qəzeti məlumat yayıb.

Avstriyanın Xarici İşlər Nazirliyi qərarı ölkənin neytrallıq haqqında qanunu ilə əsaslandırıb. Bildirilib ki, ABŞ tərəfindən hərbi təyyarələrin uçuşu ilə bağlı bir neçə müraciət daxil olsa da, onların hamısı rədd edilib.

Nazirlik nümayəndəsi qeyd edib ki, bəzi istisna hallar ayrıca qaydada Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq nəzərdən keçirilə bilər.

Eyni zamanda, Avstriya parlamentində təmsil olunan siyasi qüvvələr hökuməti neytrallıq kursuna sadiq qalmağa çağırır. Aşağı Avstriya əyalətinin hakim koalisiyasında yer alan Sosial-Demokrat Partiyasının sədri Sven Herqoviç bildirib ki, ölkə ABŞ hərbi təyyarələrinin Fars körfəzi istiqamətində uçuşlarına icazə verməməlidir. O, belə bir qadağanın Ağ Evin rəhbəri Donald Trampın siyasətinə qarşı açıq mesaj olacağını vurğulayıb.

Herqoviç əlavə edib ki, İspaniya, Fransa, İtaliya və İsveçrə də oxşar mövqe sərgiləyərək bu cür uçuşlara məhdudiyyətlər tətbiq ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
globalinfo.az

1Mənbələr