UEFA prezidenti Aleksander Çeferin 2032-ci il Avropa Çempionatına Türkiyə ilə birlikdə ev sahibliyi etməyə hazırlaşan İtaliyaya qarşı kəskin ittihamlar səsləndirib.
Offsideplus.az xəbər verir ki, Çeferin İtaliyanın infrastruktur problemlərinin turnirin gələcəyini təhlükə altına qoyduğunu bildirib.
Prezidentin açıqlamasında diqqət çəkən məqamlar:
-
İnfrastruktur tənqidi: "İtalyan siyasi liderlər bəlkə də özlərinə italyan futbol infrastrukturunun niyə Avropanın ən pisləri arasında yer aldığını sual verməlidirlər."
-
Turnirin ləğvi ehtimalı: "AVRO-2032 planlaşdırılıb və baş tutacaq, bu dəqiqdir. Ümid edirəm ki, İtaliyanın infrastrukturu da hazır olar. Əks halda, turnir İtaliyada oynanılmayacaq."
-
Türkiyə tək ev sahibi ola bilər: UEFA-nın mövqeyinə görə, əgər İtaliya stadionların yenilənməsi, nəqliyyat və yerləşdirmə kimi öhdəliklərini yerinə yetirməsə, tərəfdaşlıq ləğv edilə bilər. Belə olan halda, Türkiyənin "AVRO-2032"nin yeganə ev sahibi elan edilməsi gündəmdədir.
İtaliya tərəfi hələlik bu sərt xəbərdarlığa rəsmi reaksiya verməsə də, UEFA-nın bu çıxışı turnirin təşkilatçılıq formatının dəyişə biləcəyi siqnalını verir.