AZ

Dərmanların uşaqda autizmin inkişafına təsiri yoxdur - Bəs səbəb nədir?

Kimya elmləri doktoru, dosent Vadim Neqrebetski dərmanların autizmin inkişafına təsir göstərə bilməyəcəyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, KP.RU-ya verdiyi müsahibədə deyib. O, hələlik bu əlaqənin sübut olunmadığını qeyd edib.

“Autizm çox mürəkkəb bir xəstəlikdir. Onun inkişafı və təzahürləri ilə bağlı bir neçə nəzəriyyə mövcuddur və onlar parasetamol kimi tək bir amillə izah edilə bilməz”, - Neqrebetski izah edib.

O, vurğulayıb ki, əgər bir qadın hamiləlik dövründə dərmana ehtiyac duyursa, bu, onun müəyyən bir xəstəliyinin olduğunu göstərir. Onun sözlərinə görə, bu halda Autizm Spektr Pozuntusunun səbəbi dərman deyil, əsas ananın sağlamlıq vəziyyəti ola bilər.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr