AZ

Rusiya benzin ixracına qoyulan qadağaların əhatə dairəsini genişləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya benzin ixracına qoyulan qadağaların əhatə dairəsini genişləndirib.

Banco.azxəbər verir ki, Rusiya hökuməti tərəfindən yayımlanan açıqlamada 31 iyul tarixinədək qüvvədə olacaq benzin ixracına qadağa ilə bağlı əlavə qərarın qəbul edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, qadağa neft məhsullarının birbaşa istehsalçılarını da əhatə edəcək. Bildirilib: “Bu qərar yüksək mövsümi tələbat və kənd təsərrüfatı dövrlərində daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədilə, həmçinin Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyət səbəbindən dünya neft qiymətlərində baş verən artımla əlaqədar qəbul olunub.”

Həmçinin vurğulanıb ki, qadağa hökumətlərarası beynəlxalq sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil edilməyəcək.

Rusiya daxili bazarda sabitliyi təmin etmək üçün müxtəlif növ yanacaqlar üzrə zaman-zaman ixrac məhdudiyyətləri tətbiq edir.

Dünyanın ən böyük neft məhsulları istehsalçılarından biri olan Rusiyanın ötən il təxminən 5 milyon ton benzin istehsal etdiyi ehtimal olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
24
banco.az

1Mənbələr