AZ

“Sabah” “Tofiq Bəhramov”a üç min azarkeş gətirəcək!

Bilindiyi kimi, “Qarabağ” Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda mümkün qədər çox azarkeşinin olması üçünxanımların və azyaşlıların stadiona girişini pulsuz edib.

Maraqlıdı, bəs, “Sabah”ın bu oyunda nə qədər azarkeşi olacaq? Klub stadiona daha çox tərəfdarın gəlməsi üçün hansı addımları atacaq?

Bu suallarla “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında komandanı səfərdə təxminən 3 min azarkeşinin dəstəkləyəcəyini bildirdi. Əlavə etdi ki, tərəfdarlar üçün klub tərəfindən avtobuslar ayrılacaq.

Xatırladaq ki, qarşılaşma aprelin 3-də, saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR

Seçilən
36
1
football-plus.az

2Mənbələr