AZ

Özbəkistanlı futbolçu Mançester Siti nin ən yaxşısı seçildi

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

İngiltərənin "Mançester Siti" klubunda mart ayının ən yaxşı futbolçusunun adı rəsmi olaraq açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.

Azarkeşlər arasında keçirilən səsvermənin yekunlarına əsasən, komandanın heyətində çıxış edən özbəkistanlı gənc müdafiəçi Abdukodir Xusanov bu fəxri ada layiq görülüb. O, səsvermə mübarizəsində Rodri və Ceremi Doku kimi dünya ulduzlarını geridə qoymağı bacarıb.

Qeyd edək ki, bu, futbolçunun mövsüm ərzində qazandığı ikinci belə fərdi mükafatdır. O, bundan əvvəl yanvar ayında da azarkeşlər tərəfindən komandanın ən yaxşısı seçilmişdi.

Xatırladaq ki, 22 yaşlı oyunçu ötən ay ərzində "şəhərlilər"in heyətində ümumilikdə 6 rəsmi qarşılaşmada meydana çıxıb və inamlı oyunu ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
3
unikal.az

4Mənbələr