AZ

İnfarkt keçirən alay komandirinin NADİR FOTOSU İtkin düşən zabitlə...

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Ötən ilin avqust ayında dünyasını dəyişən Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədovun kursantlıq illərinə aid nadir foto yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəkildə mərhum zabit xidmət yoldaşları ilə birgə əks olunub.

Məlumata görə, həmin fotodakı şəxslərdən biri, sırada 3-cü dayanan zabit -  kapitan Qüdrət Məmmədov "Daşaltı" əməliyyatları zamanı itkin düşüb. Onun taleyi ilə bağlı axtarışlar uzun illərdir davam edir.

Qeyd edək ki, Rauf Əsədov  ötən ilin 5 avqustunda iş başında infarkt keçirib. O, bir gün həkim nəzarətində qalsa da, bütün səylərə baxmadan dünyasını dəyişib.

Sözügedən görüntüləri təqdim edirik.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bakivaxti.az

1Mənbələr