AZ

İtaliya hərbçilərinin olduğu bazaya raket düşdü

Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Hücumun kim tərəfindən edildiyi məlum deyil.

Qeyd olunub ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində olan İtaliya kontingentindən heç kim xəsarət almayıb. Yalnız tikililərə cüzi ziyan dəyib.

Hazırda Livanda 1000-dən çox italyan hərbçi fəaliyyət göstərir.

Seçilən
1
6
bakivaxti.az

9Mənbələr