AZ

Böyük Britaniya ABŞ yə dərman ixracına tətbiq olunan rüsumlardan azad edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniya ABŞ-nin əczaçılıq məhsullarına tətbiq etdiyi gömrük rüsumlarından azad edilən ilk ölkə olub.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"İllik ən azı 5 milyard funt sterlinq (təxminən 6.6 milyard dollar) dəyərində qiymətləndirilən əczaçılıq məhsulları ixracı ən azı üç il müddətində tamamilə rüsumlardan azad şəkildə həyata keçiriləcək. Beləliklə, Böyük Britaniya dünyada ABŞ-yə dərman ixracı üzrə sıfır rüsum əldə edən ilk ölkə olur", - deyə bəyanatda bildirilir.

Ötən ilin payızında ABŞ Pprezidenti Donald Tramp ölkəyə idxal olunan əczaçlılıq məhsullarına 100 faizlik gömrük rüsumlarının tətbiqini elan etmişdi. İstisnalar yalnız ABŞ ərazisində istehsal prosesini işə salan şirkətlər üçün nəzərdə tutulurdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr