525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünən Bakı vaxtı ilə 18.34-də İndoneziya sahillərində güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
5,8 bal gücündəki yeraltı titrəyişlərin episentri Şimali Maluku əyalətinin Ternate şəhərindən 110 km şimal-qərbdə, 35 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bu, gün ərzində Ternate yaxınlığında ikinci zəlzələdir. Aprelin 2-ə keçən gecə olmuş titrəyişin gücü 7,4 bal olmuşdu.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.