AZ

Almaniyada dəmir yolu stansiyasından hücumla bağlı təxminən 500 nəfər təxliyə edilib

Almaniyanın Ziqburq şəhərindəki dəmir yolu stansiyasından hücum təhlükəsi səbəbindən təxminən 500 nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Qərbi Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Ziqburq şəhərindəki dəmir yolu stansiyasında genişmiqyaslı polis əməliyyatı keçirilir.

Şahidlər qəzetə bildiriblər ki, bir kişinin qandallı şəkildə stansiyadan aparıldığını görüblər. "Bild"in məlumatına görə, şübhəli 20 yaşlı Almaniya vətəndaşıdır.

Onun çantasında bıçaq olduğu və maska ​​taxdığı bildirilir. "O, özünü tualetdə gizlədib", - deyə polis sözçüsü bildirib.

Vurğulanıb ki, 23 nömrəli qatar vaqonunda partlayış baş verib, ardınca tüstü yayılıb. Belə ki, partlayıcı qurğu qatarın tualetindən dəhlizə atılan airsoft qumbarası olub. Nəticədə iki nəfər yüngül xəsarət alıb.

Təcili yardım xidmətləri və polis yerli vaxtla saat 21:00-dan etibarən Ziqburq-Bonn stansiyasında yüksək hazırlıq vəziyyətindədir. Frankfurt-Mayn Mərkəzi Stansiyasına gedən qatar 6-cı platformada dayanıb. Qatarların hərəkəti tamamilə dayandırılıb.

Seçilən
91
far.az

1Mənbələr