AZ

İran ABŞ-nin 1 milyard dollarlıq radarını vurub

İranln Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına endirdiyi zərbə nəticəsində Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) raketdən müdafiə sisteminin bir hissəsi olan Amerika AN/TPY-2 radarı ciddi şəkildə zədələnib.

Ucnoqta.az xəbər verir ki, CNN bu barədə peyk görüntüsünün təhlilinə əsasən məlumat verib.

Məlumata görə, görüntüdə antena üzərində kömürləşmə əlamətləri var və böyük bir hissə itib. Telekanal zərbənin İranın ABŞ ordusunun raket və dronları aşkar etmək və vurmaq qabiliyyətini məhdudlaşdırmaq planının bir hissəsi olduğunu izah edir.

Qeyd edilir ki, İran İordaniyada daha bir AN/TPY-2-ni məhv etməyi və Qətərin təxminən 1 milyard dollar dəyərində erkən xəbərdarlıq sisteminə zərər verməyi bacarıb.

THAAD (Terminal High Altitude Area Defense) sisteminin əsas komponenti olan AN/TPY-2 radarının qiyməti, mənbələrdən asılı olaraq təxminən 500 milyon dollardan 1.1 milyard dollara qədər dəyişir

Seçilən
56
ucnoqta.az

1Mənbələr