AZ

Azərbaycan Kuboku: “Qarabağ” və “Sabah” yarımfinalda qarşı-qarşıya

BAKI, 3 aprel. TELEQRAF

Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir.

Teleqraf xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün keçiriləcək.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Günün ikinci matçında kubokun son qalibi “Sabah” “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Rauf Cabarova həvalə olunub.

Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
3 aprel

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri 21-22 aprel tarixlərində keçiriləcək.

Seçilən
42
3
teleqraf.com

4Mənbələr