AZ

Yaponiya dövlət istiqrazlarının gəlirliliyi 27 ilin maksimumunu yenilədi

Yaponiya maliyyə bazarında investorlar Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən inflyasiyanın yeni dalğasından ehtiyat edərək dövlət qiymətli kağızlarını kütləvi şəkildə satırlar. “Yomiuri” qəzetinin məlumatına görə, 3 aprel tarixində 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,395%-ə yüksələrək 1999-cu ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Satış dalğasının əsas səbəbi Yaxın Şərq münaqişəsi ilə bağlı qeyri-müəyyənlik olub. Bazar iştirakçıları enerji resurslarının tədarükündə mümkün fasilələrin qiymətlərin kəskin artımına səbəb olacağından və bunun da Yaponiya Bankını faiz dərəcələrinin artırılmasını sürətləndirməyə məcbur edəcəyindən ehtiyat edirlər.

Fevral ayında, ABŞ və İsrailin İranda hərbi əməliyyatına başlamazdan əvvəl, Yaponiyada inflyasiya 1,3%-ə qədər (bir ay əvvəlki 1,5%-dən) zəifləyib. İllik ifadədə göstərici 0,6% azalıb. Mart ayına dair məlumatlar hələ açıqlanmayıb, lakin məlumdur ki, 24 mart tarixinə qədər səviyyə 1,3%-i keçməyib.

Seçilən
21
banker.az

1Mənbələr