AZ

Hörmüz böhranına qarşı plan: Türkiyənin gizli enerji marşrutları üzə çıxdı

İran ətrafında artan gərginlik fonunda Türkiyə enerji təchizatını təmin etmək üçün Hörmüz boğazından yan keçən alternativ marşrutlar hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ankara böhran şəraitində enerji tədarükünün fasiləsiz davam etməsi üçün beş alternativ neft və qaz nəqli marşrutu üzərində işləyib.

Ticarət naziri Ömər Bolatın sözlərinə görə, yeni logistika həlləri həm enerji istehsalçıları, həm də istehlakçı ölkələr üçün mühüm alternativ kimi nəzərdə tutulur. Onun sözlərinə görə, bu marşrutlar mümkün böhran vəziyyətlərində təchizatın dayanmamasına xidmət edəcək.

Təklif olunan marşrutlara İraq və Suriya üzərindən quru yolu ilə daşınmalar, Süveyş kanalı və Qırmızı dəniz istiqaməti, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş nəqliyyat xətti, eləcə də Oman limanları vasitəsilə BƏƏ və regionun digər ölkələrinə çatdırılma daxildir.

Seçilən
39
50
publika.az

10Mənbələr