Bu ilin mart ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə 66,7 faiz payla liderliyini qoruyub saxlayıb...
Poliqon bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.
Bildirilir ki, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 2,2 faiz bəndi azalıb.
Bu müddət ərzində "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 17,9 faiz təşkil edib (1,44 faiz bəndi artıb).
Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,35 faiz bəndi artaraq 5,79 faizə çatıb.
Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,04 faiz bəndi artaraq 2,33 faiz təşkil edib.
Bu dövrdə "Samsung" internet brauzerinin payı 0,04 faiz bəndi artaraq 2,06 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,21 faiz bəndi artaraq 2 faizə çatıb.
Bu ilin mart ayında "Android" internet brauzerinin payı 0,1 faiz bəndi azalaraq 0,3 faiz təşkil edib. (Trend.Az)
Poliqon.info