ABŞ kəşfiyyat orqanları İranın raket buraxıcılarının təxminən yarısının salamat qaldığı və dronlarının sayının minlərlə olduğu qənaətindədir.
Musavat.com xəbər verir ki, bu iddia CNN çıxış edib. Şəbəkənin istinad etdiyi ABŞ kəşfiyyat məlumatlarına görə, İran hələ də ümumi pilotsuz uçuş aparatının (PUA) təxminən 50 faizinə malikdir. Ölkə sahillərində yerləşdirilən xeyli sayda qanadlı raketi də salamat qalıb.
Martın 31-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın strategiyasının İsrail və ABŞ silahlı qüvvələrinin potensialını mümkün qədər tükəndirmək olduğunu elan edib.
Musavat.com