AZ

“Qarışıq meyvə qurusu” yükündə narkotik vasitə aşkarlandı

Astara Gömrüyündə narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, “qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.


Telegram kanalımız
Seçilən
19
26
yenisabah.az

10Mənbələr