AZ

Bakı görüşü Türk dünyasının iqtisadi inteqrasiyasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır



“Bakıda keçirilən görüş Türk dövlətləri arasında siyasi həmrəyliyin, birliyin gücləndirilməsi ilə yanaşı iqtisadi sahədə də inteqrasiyanın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Görüş zamanı müzakirə edilən məsələlər və imzalanan birgə bəyanat Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənəcəyi əminliyi yaradır”.

Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının hökumət başçılarının görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, xüsusilə mürəkkəb geosiyasi vəziyyətə nəqliyyat və tranzit daşımaları hər bir ölkə, xüsusilə də bu coğrafiyaya daxil olan dövlətlər üçün həyati əhəmiyyət daşıyır:

“Təsadüfi deyil ki, Bakı görüşündə də əsas diqqət yetirilən məsələlərdən biri də nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldi. TDT-yə üzv ölkələr Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə etdilər. Nəqliyyat və tranzit daşımalarında Zəngəzur dəhlizi də Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün xüsusi əhəmiyyətli layihədir. Ümumiyyətlə, bu dəhlizin işə düşməsi təkcə Türk dünyası deyil, eyni zamanda daha geniç coğrafiya üçün əhəmiyyətli olar. Çindən gələn malların Orta Asiyadan keçməklə Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə dünyaya çıxışı həm vaxt, həm də daha az maliyyə vəsaiti sərf etmək baxımından sərfəlidir. Ona görə də Türk Dövlətləri Təşkilatı və ona üzv ölkələr Zəngəzur dəhlizinin qısa zamanda işə düşməsində maraqlıdırlar”.

Arzuman Muradlı qeyd edib ki, bu əməkdaşlıq nəticəsində üzv ölkələr arasında iqtisadi əlaqələr daha da güclənər, yeni iş imkanları yaranar və regionun ümumi inkişaf səviyyəsi yüksələr:

“Ümumiyyətlə, Bakıda keçirilən görüş Türk dünyasının daha da inteqrasiya və inkişafı ilə yanaşı, yeni təşəbbüslərin irəli sürülməsi istiqamətində də əhəmiyyətli oldu. Onu da qeyd edim ki, bu cür mühüm tədbirin Bakı şəhərində keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan son illərdə Türk dünyasında inteqrasiya proseslərinin fəal iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış edir”.

Süleyman
Seçilən
66
1
newscenter.az

2Mənbələr