İran İnqilab Keşikçiləri Korpusu hava hücumundan müdafiə sistemləri vasitəsilə İranın mərkəzində F-35 qırıcı təyyarəsini vurduğunu iddia edir.
Turkustan.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun bəyanatında deyilir: "İran İnqilab Keşikçiləri Korpusunun inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən mərkəzi İran hava məkanında Amerika istehsalı olan qabaqcıl F-35 qırıcı təyyarəsi məhv edilib".
Son 12 saat ərzində ikinci bir qırıcı təyyarənin vurulduğu iddia edilən açıqlamada, təyyarənin tamamilə məhv olması səbəbindən pilotun taleyi ilə bağlı hələlik heç bir məlumatın olmadığı bildirilib.
Vurulan təyyarədən çəkildiyi iddia edilən görüntülər ölkə mediası tərəfindən paylaşılıb.
Vurulan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin də yerləşdiyi Böyük Britaniyadakı Leyknhit Hərbi Hava Qüvvələri bazasında yerləşən eskadrilyaya məxsus olduğu bildirilir.
İran 19 martda ABŞ-ın F-35 təyyarəsini vurduğunu, dünən isə İsrailin F-16 təyyarəsinin vurulduğunu açıqladı. Lakin ABŞ ordusu İranın hədəf aldığı F-35-in region ölkələrindən birindəki bazaya "sərt eniş" etdiyini iddia etdi. Dünən İran həmçinin Hörmüz boğazındakı Qeşm adası yaxınlığında qabaqcıl bir qırıcı təyyarənin vurulduğunu açıqladı və vurulma anı göstərən şəkilləri paylaşdı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin vurulmadığını iddia etdi.
Aytən Yaşar/ Turkustan.az