AZ

ABŞ ordusunun baş qərargah rəisi də istefaya göndərildi

ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corc istefa verib. Bu barədə Pentaqonun sözçüsü Şon Parnell X sosial media platformasında yazıb: “O, dərhal təqaüdə çıxacaq.

Məlumatı “Anadolu” yayıb. 

Nəşrdə deyilir ki, “General Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən istefa verəcək və qərar dərhal qüvvəyə minəcək”.

Parnell bildirib ki, Müdafiə Nazirliyi Corca Amerika xalqına “onilliklər boyu xidmət etdiyinə” görə “minnətdardır” və ona “ən xoş arzularını” bildirib.

Pentaqonun rəsmi açıqlamasından əvvəl ABŞ mediası müdafiə naziri Pit Heqsetin “Corcun istefa verməsini istədiyini” bildirmişdi.

P.Əmircanov
XQ

 

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr