AZ

I Liqa: Lider "Şəfa" "Mingəçevir" ilə üz-üzə

Azərbaycan I Liqasında XX tura bu gün yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə iki oyun keçiriləcək.

Həm Şamaxıda, həm də Mingəçevirdə baş tutacaq görüş eyni vaxtda başlayacaq. 

"Şahdağ Qusar" autsayder "Şimal"ı sınağa çəkəcəksə, turun mərkəzi oyununda çempionluğa iddialı "Şəfa" ilə "Mingəçevir" münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə MOİK “Cəbrayıl”ı (2:1), “Zaqatala” “Difai”ni (1:0), “Səbail” “Bakı Sportinq”i (1:0) üstələyib.

Azərbaycan I Liqası
XX tur
3 aprel

15:30. “Şahdağ Qusar” – “Şimal” 
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

15:30. “Mingəçevir” – “Şəfa” 
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

Seçilən
33
2
fanat.az

3Mənbələr