Ukraynalı siyasətçi Viktor Medvedçuk ABŞ-ın NATO-dan çıxacağı təqdirdə alyansın geri dönməz şəkildə dağılacağını iddia edib. "Digər Ukrayna" hərəkatının rəhbəri və Ukraynada qadağan olunmuş "Müxalifət Platforması- Həyat naminə" partiyasının keçmiş lideri olan Medvedçuk bildirib ki, NATO-nun dağılması prosesi artıq başlayıb. Onun sözlərinə görə, Vaşinqton-da yüksək səviyyəli şəxslər tərəfindən ABŞ-ın alyansdan çıxması ilə bağlı açıqlamalar getdikcə artır və bu addım təşkilatın sonunu sürətləndirə bilər. Olaylar.az xəbər verir ki, Medvedçuk qeyd edib ki, Volodimir Zelenski NATO-ya üzvlük və təhlükəsizlik zəmanətləri tələb etdiyi dövrdə belə, alyans daxilində parçalanma meyilləri güclənib. Onun fikrincə, ABŞ-ın NATO-dan çıxması yalnız təşkilatın taleyini deyil, həm də qlobal siyasi balansı dəyişə bilər.
Siyasətçi hesab edir ki, belə bir ssenari ABŞ-ın Qrenlandiya və Kanada ilə bağlı iddialarını gündəmə gətirə, eləcə də Avropaya silah tədarükünün məqsədəuyğunluğunu sual altına qoya bilər.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31