AZ

Azərbaycanda taksilərlə bağlı yeni qərar verildi

Azərbaycan Mərkəzi Bankı avtomobillərin icbari sığortası ilə bağlı qaydalara dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücüləri əhatə edir.

Aparılan təhlillər göstərir ki, taksi kimi istifadə olunan nəqliyyat vasitələri yollarda daha aktiv hərəkət etdiyi üçün qəza törətmə ehtimalı da yüksəkdir. Şəxsi məqsədlərlə sürülən avtomobillərlə müqayisədə taksilərin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma riski daha çoxdur. Bu amil həmin nəqliyyat vasitələri üçün sığorta haqlarının hesablanmasında xüsusi risk əmsallarının tətbiqini qaçılmaz edib.

Beynəlxalq təcrübəyə əsaslanan bu addım sığorta haqlarının risk dərəcəsinə uyğun müəyyən edilməsinə imkan verəcək. Dəyişikliklərin əsas məqsədi yollarda sürücülük intizamını artırmaq və qəza zamanı zərərçəkən tərəflərə daha keyfiyyətli sığorta xidmətinin göstərilməsini təmin etməkdir.

Bu yenilik həm də sığorta bazarında risklərin daha düzgün bölüşdürülməsinə şərait yaradacaq.

Seçilən
10
kommersant.az

1Mənbələr