AZ

İran Küveytin neft mərkəzini vurdu: Əl-Əhmədi limanı yanğın içində

İrana məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra Küveytin Əl-Əhmədi limanının yaxınlığında yerləşən neftayırma müəssisəsində bir neçə yanğın ocağı yaranıb.
 
Moderator.az xəbər verir ki, bu hadisə ilə bağlı rəsmi açıqlamanı dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) yayımlayıb.
 
"Bu gün səhər saatlarında Əl-Əhmədi limanı yaxınlığındakı neftayırma zavodu PUA hücumuna məruz qalıb. Hücum nəticəsində bir neçə yerdə yanğın qeydə alınıb və hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almağa səy göstərirlər", - deyə təşkilatın KUNA informasiya agentliyi vasitəsilə yaydığı bəyanatda qeyd olunub.
 
Həmçinin vurğulanıb ki, hadisə zamanı heç kim xəsarət almayıb.
 
Seçilən
6
2
moderator.az

3Mənbələr