AZ

Astarada 112 kiloqramdan çox narkotik vasitə aşkarlanıb


Astarada 112 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itindən istifadə edərək əsaslı gömrük yoxlaması həyata keçiriblər.
Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülmüş ümumi çəkisi 112 kiloqram 529 qram marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Seçilən
50
5
yeniavaz.com

10Mənbələr