AZ

"Bakı Fond Birjası"nın dövriyyəsi 34 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 853,771 milyon manat təşkil edib.

BFB xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,6 % azdır.

Son 1 ildə Birjada bağlanmış əqdlərin sayı isə 20,3 % azalaraq 5 934 olub.

BFB-nin dövriyyəsinin 90,7 %-i, yaxud 10 milyard 752,616 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 35,7 % azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,4 dəfə artaraq 773,554 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2, dəfə azalaraq 327,601 milyon manat olub.

Seçilən
11
banco.az

1Mənbələr