AZ

Şuşaya gedən yol ödənişli oldu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Kabineti Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun böyük hissəsinin ödənişli olması barədə qərar verib. Cəmi 81,7 kilometr olan yolun 81,3 kilometrlik sahəsində hərəkət üçün ödəniş tələb olunacaq.

Yeni yol Hacıqabul–Bəhramtəpə–Mincivan magistralının 157-ci kilometrindən başlayır və Zəfər yolunun 100,5-ci kilometrində başa çatır. Müasir standartlara cavab verən bu marşrut həm də Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərinə giriş yolları ilə kəsişir. Yolun ilk 46 kilometri 6 zolaqlı, qalan hissəsi isə 4 zolaqlı hərəkət üçün nəzərdə tutulub.

Sürücülər üçün alternativ olaraq Zəfər yolu ödənişsiz saxlanılıb. Uzunluğu 101 kilometr olan bu yol 2 hərəkət zolağından ibarətdir. Ödənişli yoldan istifadə qiymətlərini isə yaxın vaxtlarda Tarif Şurası təsdiq edəcək.Bu dəyişiklik həm yolun saxlanılmasını təmin etmək, həm də ərazidə nəqliyyatın daha sürətli və təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədi daşıyır.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr