AZ

PSJ-nin oyununda azarkeşlər baş hakimlə VAR-ın söhbətini canlı eşidəcəklər - Avropada ilk

Fransa Liqa 1-in 28-ci turunda PSJ və "Tuluza" arasında keçiriləcək matçda bir təcrübə aparılacaq. 

Fanat.Az xəbər verir ki, sözügedən matçda azarkeşlər baş hakimin VAR hakimləri ilə ünsiyyətini birbaşa eşidə biləcəklər.

Məlumatı Fransa Peşəkar Futbol Liqasının (LFP) mətbuat xidməti yayıb.

Avropada ilk olacaq bu planı həyata keçirmək üçün hakimlər lazımi texniki avadanlıqlarla təchiz olunacaqlar. Hakimlərin danışıqlarının təfərrüatları həm tribunada, həm də televiziya yayımı zamanı eşidiləcək. Təcrübə uğurlu hesab olunarsa, bu mövsümün digər matçlarında da davam etdirilməsi planlaşdırılır.

PSJ - "Tuluza" matçı bu axşam - 3 apreldə baş tutacaq və saat 22:45-də start götürəcək. 

PSJ Fransa liqasında 26 oyundan sonra 60 xalla birinci yerdədir. "Tuluza" isə 27 oyunda 37 xal toplayıb və doqquzuncu pillədədir.

Seçilən
11
1
fanat.az

2Mənbələr