AZ

Urbanizasiya prosesi uzunmüddətli perspektivdə şəhər planlamasına necə təsir göstərə bilər?

Bakı, 3 aprel, AZƏRTAC

Bakıda köhnə yaşayış binalarının sökülərək yenilənməsi prosesi sürətlənir. Bu urbanizasiya prosesi uzunmüddətli perspektivdə paytaxtın daşınmaz əmlak bazarında qiymət balansına və şəhər planlamasına necə təsir göstərə bilər?

“Əmlak Bürosu” MMC-nin rəhbəri Elnur Fərzəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, uzun müddətdir Bakıda istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının sökülərək yeniləri ilə əvəzlənməsi prosesi davam edir.

Onun sözlərinə görə, söküntülər həm də dövlət ehtiyacları çərçivəsində həyata keçirilir.

“Belə ki, torpaqların dövlət ehtiyacı üçün alınması zamanı bir çox yaşayış massivləri sökülür və həmin ərazilərdə parklar, yeni avtomobil yolları və inzibati binalar inşa olunur. Paytaxtda aparılan söküntülər təkcə qəzalı binaların aradan qaldırılması deyil, həm də şəhərdə mövcud sıxlığın azaldılması məqsədi daşıyır. Mərkəzi ərazilərdə aparılan söküntülər nəticəsində həmin yerlərdə parkların salınması şəhər mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu proses paytaxtda daşınmaz əmlaka olan tələbatı da artırır”, - deyə

Ekspert qeyd edib ki, Bakı üçün təsdiqlənmiş Baş plana əsasən, 2040-cı ilə qədər şəhərin inkişafı müəyyən olunmuş istiqamətdə davam edəcək: “Bu dövr ərzində yüzlərlə çoxmənzilli yaşayış binası və fərdi evlərin sökülərək yenilənməsi planlaşdırılır ki, bu da bazarda daşınmaz əmlakın azalmasına və qiymətlərin artmasına təsir göstərə bilər. Eyni zamanda, söküntülər nəticəsində evləri alınan sakinlərin bir qismi Bakıətrafı ərazilərə köçür, digərləri isə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə turistik rayonlarda daşınmaz əmlaka yatırım etməyə üstünlük verirlər. Bu isə həmin bölgələrdə kapitallaşmanın artmasına və vətəndaşlar üçün əlavə gəlir imkanlarının yaranmasına şərait yaradır”.

Seçilən
14
2
azertag.az

3Mənbələr